Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Bakı Dövlət Universitetində beynəlxalq elmi-praktik konfrans

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetində “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov konfransda iştirak edən xarici qonaqları, professor-müəllim heyətini salamlayaraq Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 20-ci, BMT-nin və YUNESKO-nun yaradılmasının 70-ci, 1950-ci Avropa Konvensiyasının qəbulunun 65-ci, 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin növbəti ildönümünə həsr olunan konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyanın Avropa ölkələri və dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən rektor, habelə Almaniya ali təhsil ocaqları ilə əlaqələrdən, Vürzburq Universiteti ilə “İkili diplom” layihəsinin uğurla davam etməsindən də bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olundu. Ölkədə bütün qanunvericilik və digər normativ-hüquqi aktlar bu əsas qanuna söykənir.

Çıxış edən Vürzburq Universitetinin prorektoru, professor Ekxard Paxe və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ikigünlük konfrans barədə ətraflı danışaraq, keçiriləcək iclaslar, müzakirə olunacaq mövzular barədə məlumat verib.

Daha sonra konfrans işini bölmələrdə davam etdirib. Ümumilikdə 4 bölmə iclasında keçirilən konfransda 35 məruzə dinlənilib. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov