Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

“Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət”

 

Böyütmək üçün seçinDekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) İnformasiya Resurs Kompleksinin Dünya xalqlarının folklor mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan-İordaniya münasibətlərinin tarixindən danışıb. İki ölkə arasındakı dostluq, çoxtərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına etdiyi səfərlərin xüsusi rolu qeyd edilib.

Çıxış üçün söz alan İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin konsulu Saad Hasal tədbirə dəvət aldığı üçün şad olduğunu bildirib. O, belə görüşlərin Azərbaycan və ərəb ölkələri arasında mövcud olan münasibətləri daha da gücləndirdiyini vurğulayıb.

ADU-nun xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynova, təlimdə innovasiyalar kafedrasının müəllimi Rəna Fərəcova, Dünya xalqlarının Folklor mərkəzinin mütəxəssisi Nigar Mancanova Azərbaycan və İordaniya arasında mövcud olan humanitar əlaqələr, İordaniya tarixi və mədəni abidələri, iki ölkənin qadın hərəkatı və qadın liderləri barədə danışıblar.

Sonra universitetin tələbələri Azərbaycan-İordaniya arasındakı əlaqələr haqqında iştirakçılara məlumat veriblər.

Tədbirdə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşı Emad Obeydat da iştirak edib.

Tədbir ADU-nun tələbələri tərəfindən hazırlanmış musiqili-bədii proqramla yekunlaşıb.

Tədbirdən sonra qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar. 

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov