Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Məktəbdə general Mehmandarovun 160 illik yubileyi qeyd olunub

 

Böyütmək üçün seçinDekabrın 1-də Bakı şəhər 182 nömrəli tam orta məktəbdə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub. Şagirdlərin təqdimatında Dövlət himni ifa olunduqdan sonra tədbirin aparıcıları  görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və xidmətləri haqqında məlumat verib. Qeyd edilib ki, general Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz səhifələr yazıb.

Məktəbin direktoru Zinyət Tağıyeva çıxışında bildirib ki,  Səməd bəy Mehmandarov kimi generallar daima yad olunmalıdır: “Mən bir  azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Biz onları həmişə yadda saxlamalıyıq”.

Çıxış edənlər vurğulayıblar ki, şanlı döyüş ənənələri ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, həm də bu gün ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi müsbət qiymətləndirilib. 

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov