Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

“Vətənin müdafiəsinə hazıram” devizi ilə Bakı çempionatı keçirilib

 

Böyütmək üçün seçinXətai rayonu 245 nömrəli tam orta məktəbdə payız çağırışına həsr olunan “Vətənin müdafiəsinə hazıram” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatında birinci yeri tutan komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib.

Bakı  Şəhər  Gənclər  və İdman  Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a  bildiriblər ki, tədbirdə  idarənin  baş  məsləhətçisi  Salman  Əbdülov,  Xətai rayonu 245 nömrəli tam orta məktəbin direktoru Ülviyyə İsmayılova,  BŞGİBİ-nin  aparıcı  məsləhətçisi  Cəlil Əlizadə,  Xətai rayon  Gənclər  və  İdman  İdarəsinin  aparıcı  məsləhətçisi  Xalid Məmmədov,  qalib  komandanın  üzvləri  iştirak  ediblər.

Çıxış edənlər tədbirin çağırışaqədər və çağırışyaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu vurğulayıb, komanda üzvlərinə müvəffəqiyyətlər arzulayıblar.

Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov