Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Cüdo üzrə Şuşa rayon birinciliyində 252 idmançı mübarizə aparıb

 

Hövsan Olimpiya İdman Kompleksində Şuşa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Gənclər Birliyinin və Şuşa Rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

AZƏRTAC  xəbər verir ki, yarışda 19 klubu təmsil edən 252 idmançı mübarizə aparıb.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Nadir Bayramov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev və digərləri çıxış edərək ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov