Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Bakı Avropa liseyinin komandası çempionatın qalibi olub

 

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Respublika Velotrekində Yasamal rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 18 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, I yerə Bakı Avropa Liseyinin komandası layiq görülüb. 13 və 158 nömrəli  tam orta məktəblərin komandaları isə müvafiq olaraq II, III yerləri tutublar.

Analoji yarışlar paytaxtın digər rayonlarının məktəbləri arasında da təşkil ediləcək. Bu yarışlarda ilk III yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər. 

R.ZİYADOV, 
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov