Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

AMEA-nın inkişafının böyük bir mərhələsi ulu öndərin adı ilə bağlıdır

 

Böyütmək üçün seçin Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafı və dünyada tanıdılmasında tarixi addımlar atıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın inkişafının böyük bir mərhələsi ulu öndərin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi problemlərinin həllində, alimlərin mükafatlandırılmasında, onların dünya elminin ön sıralarında mövqe tutmasında, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmi işçilərin rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.

Konfransda AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr”, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyev və natiqlik sənəti”, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov