Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Müasir Azərbaycan tarixinin müəllifi və əsas siması

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirilib. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə gerçəkləşdirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirib ki, dünyaşöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, keçdiyi şərəfli mübarizə yolu, millilik və bəşərilik dəyərlərini birləşdirən siyasi ideologiyası daim yaşayacaq. Ümummilli lider özünün xilaskarlıq və quruculuq missiyası ilə Azərbaycanın hərtərəfli tərəqqisinə, beynəlxalq  arenada layiqincə təmsil olunmasına, böyük siyasi nüfuz qazanmasına nail olmuşdur. Rektor,  Heydər Əliyev ideyalarının Azərbaycanda, o cümlədən muxtar respublikadakı bugünkü uğurlarından bəhs edərək tələbə gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və yaşatmağa çağırıb.

Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məhəmməd Hacıyev “Heydər Əliyev şəxsiyyəti və milli məsələlər”, Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Heydər Əliyev - dahi rəhbər” mövzularında məruzə ediblər.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov