Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Azərbaycan Dillər Universitetində anım tədbiri

 

Dekabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin YAP ilk Təşkilatının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin ADU-nun foyesindəki büstünü ziyarət edərək önünə gül dəstələri qoydular və xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov dünya tarixində Heydər Əliyevin dahi siyasi lider olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının təşəkkül tapmasında rolu böyük olub. Hazırda ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və başqaları ümummilli liderin misilsiz xidmətlərindən də söz açdılar. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov