Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var

 

Böyütmək üçün seçinBakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir ulu öndərin büstü önünə əklil qoyulduqdan sonra universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam edib.

Tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Rektor ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir” fikrini bir daha səsləndirən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatının yeni vüsət almasından bəhs edib. Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, universitetin kafedra müdiri Ziyafət Əsgərov, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış ediblər.

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov