Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Paytaxt məktəblərində “Açıq qapı” günləri keçirilir

 

Böyütmək üçün seçinDekabrın 7-dən başlayaraq Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində “Açıq qapı” günlərinə start verilib. “Açıq qapı” günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəblərdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, tədris ocaqlarında psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaqdır.

Nəzərə çatdıraq ki, ilk öncə dekabrın 7-də Nəsimi rayonu üzrə Texniki Humanitar Liseydə də “Açıq qapı” günü keçirilib. Liseydə “Açıq qapı” günü bir neçə sessiya  əsasında təşkil edilib. Belə ki, layihənin ilk ünvanı olan THL-də Nəsimi rayon üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin əməkdaşlarının, məktəb nümayəndələrinin, ekspertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda, “Açıq qapı” günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə “açıq dərs”lər keçirilib.

Növbəti gün 291 nömrəli Ekologiya liseyində Nərimanov rayonu üzrə uğurlu nəticələr əldə etmiş məktəblərin mövcud təcrübələrini bölüşmək və həmkarları ilə fikir mübadiləsi aparmaq məqsədi ilə “Açıq qapı”  günü keçirilib. 291 nömrəli Ekologiya liseyində keçirilən “Açıq qapı” günündə Nərimanov rayonu üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, ekspertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda, “Açıq qapı” günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə “açıq dərs”lər keçirilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə məktəb kollektivləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, müasir təcrübələr və yanaşmalarla tanış olunmasına imkan yaradan “Açıq qapı” günləri Bakının müxtəlif məktəblərində dekabrın 22-dək davam edəcəkdir. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov