Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Turqay Antalyadan  iki qızıl medalla qayıdıb

 

Türkiyənin Antalya şəhərində keçirilən  məktəblilərin və  kollec  tələbələrinin VII  Beynəlxalq bilik olimpiadasında  müxtəlif ölkələrdən olan  məktəblilər öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Bakı Modern Məktəbinin VI sinif şagirdi  Turqay Qaybalıyev də  bu olimpiadaya qatılaraq riyaziyyat və ingilis dili fənlərindən qızıl medal  qazanıb. Qeyri-adi  istedad sahibi olan  Turqayla   görüşüb  təəssüratlarını  bizimlə bölüşməyi  xahiş etdik. O dedi:

- Bütün elmlərin açarı riyaziyyatdır, - desəm, səhv etmərəm. Bütün  fənlərə marağım var. Amma   riyaziyyatı daha çox sevirəm. Artıq üç ildir ki, müxtəlif vaxtlarda keçirilən beynəlxalq fənn  olimpiadalarında  iştirak edərək  uğur qazanmışam. 2015-ci ildə  Bolqarıstanda keçirilən beynəlxalq riyaziyyat olimpiadasının turlarında  iştirak edərək  bürünc, gümüş  medallara layiq görüldüm. Cari ilin noyabr ayında  Antalyada keçirilən ingilis və riyaziyyat  fənləri üzrə olimpiadaya qatılaraq  iki qızıl medal qazandım. Açığını deyim  ki, ingilis dili olimpiadasında  çox həyəcanlı idim. 37 sualdan 32-nə düzgün cavab yazıb 32 bal toplaya bilmişdim. Məndən 2 bal az isə milliyyətcə erməni olan Ukrayna məktəblisi toplamışdı.  Nəticə ilə razılaşmadım və apelyasiyaya ərizə ilə müraciət edib bir bal qiymətimi qaldıra bildim. Həmin gün sevincimin hədd-hüdudu yox idi. Axı, bu bilik yarışında erməni məktəblisinə qalib gəlmişdim. Mənə medallar təqdim olunanda  qürur hissi ilə  bayrağımızı havaya qaldırdım. Müəllimlərimin, xüsusilə atamın etimadını doğrultdum. Daha səylə çalışıb  yaxşı oxumalıyam ki, hər zaman bayrağımızı yüksəklərə qaldırım. Məni qarşıda daha çətin sınaqlar, bilik yarışmaları  gözləyir. 

Turqaya biz də uğurlar arzulayırıq. 

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov