Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

51 nömrəli məktəbdə anım tədbiri keçirilib

 

Bakının Səbail rayonundakı 51 nömrəli məktəbdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Lətafət Səmədova mərasimi açaraq bildirdi ki, bu günlər hər yerdə  ulu öndər Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edilir. Ümummilli lider Azərbaycanın ən çətin günlərində yenidən hakimiyyətə qayıdaraq ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Məktəbdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən stend hazırlanmış, bütün siniflərdə anım mərasimləri keçirilmişdir. Vurğulandı ki, iqtisadiyyatımızın bütün sahələrinin, o cümlədən təhsilimizin bugünkü inkişafına, əldə edilən uğurlara görə məhz Heydər Əliyevə borcluyuq. Bu gün Azərbaycan  Prezidenti İlham Əliyev Heydər Əliyev ideyalarını, onun müəyyən etdiyi siyasi xətti uğurla davam və inkişaf etdirir.

Çıxışının sonunda məktəbin direktoru 2 a sinfinin rəhbəri Səkinə İbadovaya, tədbirin yüksək səviyyədə keçirilməsində zəhməti olan bütün pedaqoji kollektivə, valideynlərə təşəkkürünü bildirdi.

Sonra 1a sinfinin rəhbəri Səkinə İbadovanın hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlərdən Yaqub, İsmayıl, Emil, Nərgiz, Rüstəm, Tural və başqaları dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz rol oynayan,  Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmış dahi rəhbərimiz Heydər Əliyevə həsr edilən şeirlər söylədilər, mahnılar oxudular. 

Qabil YUSİFOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov