Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Mingəçevir Dövlət Universitetinin komandası şəhər Debat Forumu kubokunun qalibi olub

 

Mingəcevir şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı, Mingəçevir Debat Mərkəzinin təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Gənclər Evinin ev sahibliyi ilə “Mingəçevir Gənclərin Debat forumu-2015” ilk mərhələsi uğurla yekunlaşıb. “Respublika Gənclər Debat Forumu 2015: Payız Kuboku” layihəsi çərçivəsində keçirilən forumun ilk mərhələsində 6 komanda gərgin mübarizə şəraitində yarışıb.

Dekabrın 6-da Mingəçevir Gənclər Evində finala vəsiqə qazanan Mingəçevir Dövlət Universitetinin “SWOD” və Mingəçevir Turizm Kollecinin “UĞUR” komandaları qarşılaşıblar.

Mübarizə Debatın Karl Popper formatında keçirilib. Finalçılar “Kənd təsərrüfatının inkişafında liberal bazar iqtisadiyyatı labüddür” mövzusunda “təsdiq” və “inkar” qaydaları və prinsipləri üzrə fikir mübadiləsi aparıblar. Forum Mingəçevir Debat Mərkəzinin sədri Etiram Sadıqzadənın, Şəki Regional Debat Mərkəzinin sədri Dəyanət Elmansoyun və Mingəçevir Debat Mərkəzinin sədr müavini Samir Şükürovun hakimlər briqadası tərəfindən idarə olunub.

Forum yüksək səviyyədə və gərgin mübarizə şəraitində başa çatıb. Mingəçevir Dövlət Universitetinin “SWOD” komandası daha inamla yarışaraq finalın qalibi olub. Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qalib komandanı təbrik edib, respublika kuboku uğrunda mübarizədə qələbəylə Mingəçevirə dönmələrini arzu edib. Qalib komandaya şəhər kuboku təqdim edilib. Forumda ən yaxşı spiker adına Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Rəşad Qurbanov layiq görülüb və o xüsusi medalla mükafatlandırılıb. Yarışda daha fəal iştirak edən iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, forumun qalibi Mingəçevir Dövlət Universitetinin “SWOD” komandası dekabrın 19-20-də Bakıda keçiriləcək “Respublika Gənclər Debat Forumu 2015: Payız Kuboku” finalında şəhərimizi təmsil edəcək.

Debatçılara uğurlar!!! 

Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov