Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

“Qəhrəmanlıq salnaməmiz”

 

Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi Bakı  şəhəri  245 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ədəbi-diyarşünaslıq” dərnəyinin üzvləri ilə birgə  “Azərbaycan bayrağı” ordenli Aydın Manerovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməmiz” adlı tədbir  keçirib. Tədbir məktəblilərin vətənpərvərlik ruhunu yüksəltmək,  şəhid olan qəhrəmanlarımızın həyat yolunu öyrənmək, onlardan nümunə götürmək məqsədilə təşkil olunub.

Azərbaycanın Dövlət himni ilə başlayan tədbiri məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Həsənova açaraq qonaqları təqdim edib.  Aydın Manerova həsr olunmuş “Qartal zirvədə qaldı” kitabının müəllifi Nəcibə İlkin  qəhrəmanın həyat və  döyüş yolu haqqında geniş məlumat verib. Qəhrəmanın həyat yoldaşı Gülarə xanım Aydın haqqında xatirələrini bölüşüb,  ona həsr olunan   videoçarx  nümayiş olunub.

Çıxışlardan sonra məktəbdə fəaliyyət göstərən “Ədəbi-diyarşünaslıq” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilər Aydın Manerova həsr olunmuş şeir parçaları və səhnəciklərlə iştirakçıları   heyrətləndiriblər.  Tədbirdə qəhrəmanın ailə üzvləri 20 Yanvar faciəsinin canlı şahidi   Arif  Məhərrəmov,  məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Sonda  direktor  Ülviyyə  İsmayılova belə tədbirlərin  vaxtaşırı  keçirilməsinin  vacib olduğunu  vurğulayıb.  Mərkəz vətənpərvərlik mövzusunda keçirilən  tədbirlərdə  245 nömrəli tam  orta məktəbin  “Ədəbi-diyarşünaslıq” dərnəyi üzvlərinin fəallığını nəzərə alaraq onları diplomla təltif edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov