Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Azərbaycan Universitetində müsabiqənin tanıtımı olub

 

Böyütmək üçün seçin Azərbaycan Universitetində təhsil alan tələbələr üçün “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin tanıtımı təşkil olunub. “Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov müsabiqənin şərtləri və nominasiyalar haqqında tələbələri məlumatlandırıb və milli seçim turuna start verildiyini diqqətə çatdırıb.

Qonaq qeyd edib ki, müsabiqə dünyanın üzləşdiyi çətin məsələlərin həlli istiqamətindəki  ideyalarını biznesə çevirmək istəyən gənclər üçün böyük şans yaradır. Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı” kateqoriyaları üzrə yarışacaqlar. Müsabiqədə iştirak üçün Microsoft alət, ləvazimat və texnologiyaları ilə oyunlar və proqram təminatları yaradılmalıdır.  Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalı və namizədlərin yaşı 16-dan az olmamalıdır. Müsabiqədə iştirak üçün qeydiyyat yanvarın 5-də başa çatacaq. Milli final turu 15 apreldə, dünya finalı isə 2016-cı ilin iyul ayında baş tutacaq. Dünya finalında 3 komanda hər 3 nominasiyada 50 min dollar, 10 min dollar və  5 min dollar məbləğlərdə pul mükafatı qazanacaq.

Azərbaycanı bu müsabiqədə keçən il təmsil edən komandanın qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Spinal” layihəsi “İnnovasiyalar” kateqoriyasında II yeri tutub.

Görüşdə universitetin rektoru Fərid Əhmədov da iştirak edib. Rektor müsabiqələrdə iştirakın tələbələr üçün əhəmiyyətini vurğulayıb və cəmiyyətdə gedən dəyişikliklərin “iştirak” ilə mümkün olduğunu diqqətə çatdırıb.

Fərid Əhmədov tədbirin sonunda Azərbaycan Universitetini yerli və beynəlxalq informatika və proqramlaşdırma müsabiqələrində təmsil edən komandaların üzvlərinə sertifikat və diplomlarını təqdim edib.

Qeyd edək ki, “AU-2” komandası Gürcüstanın paytaxtı Tbilisi şəhərindən “Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi  və Cənubi Qafqaz Açıq Çempionatı”nda fərqlənmə sertifikatına layiq görülüb. Komanda Məmməd Kərimli (kompüter mühəndisliyi, III kurs), Elvin Usubov (kompüter mühəndisliyi, III kurs) və Nahidə Məmmədovadan (riyaziyyat və informatika müəllimliyi, IV kurs) ibarətdir. Komandaya riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayev  rəhbərlik edir. Müsabiqə 5-7 dekabr 2015-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov