Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

ADU-nun “Debat” klubu çempion olub

 

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Debat” klubu “Ekologiyanın çirklənməsi təbii prosesdir” mövzusunda keçirilən açıq turnirdə çempion olub. Belə ki, ADU və Qərb Universitetinin “Debat” klublarının təşkilatçılığı ilə Qərb Universitetində baş tutan açıq turnirdə universiteti 2 komanda təmsil edib. 13 universitetdən 36 komandanın iştirak etdiyi turnirdə ADU-nun biri yarımfinal mərhələsinə qədər yüksəlib, digəri isə final mərhələsini oyunun çempionu olaraq başa vurub.

Eyni zamanda pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi, “Debat” klubunun sədri Ləman Ələsgərova 25 hakim arasında keçirilən turnirdə “Ən yaxşı hakim” adını qazanıb.

Onu da bildirmək yerinə düşər ki, universitetin “İntellektual” klubu da 40-dan çox komanda arasında keçirilən yarışda III yerə sahib olub.  

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov