Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

SABAH qruplarının tələbələri elmi-tədqiqat işlərinə cəlb ediləcək

 

Böyütmək üçün seçinBakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin SABAH qruplarında təhsil alan tələbələr ilə görüşüb. 13 ixtisas üzrə təhsil alan 425 tələbənin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Abel Məhərrəmov ölkədə elmin və təhsilin inkişafına göstərilən dövlət dəstəyindən danışıb, Təhsil Nazirliyinin qayğısı ilə yaranan SABAH qruplarının böyük perspektivlər vəd etdiyini qeyd edib. Rektor SABAH qrupları tələbələrinin elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı imzaladığı sərəncam haqqında da məlumat verib. Bildirilib ki, sərəncamda SABAH qruplarında təhsil alan tələbələrdə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi-tədqiqatlarda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi məqsədi ilə hər bir tələbəyə elmi rəhbər kimi bir müəllim və ya elmi işçinin təhkim edilməsi öz əksini tapıb. Rektorun sözlərinə görə, tələbələrin ölkədaxili və beynəlxalq elmi seminar, konfrans, olimpiada və müsabiqələrdə, o cümlədən qrant layihələrində iştiraklarını təmin etmək məsələlərinə də geniş yer verilib. Sonra Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin sədri Şahin Seyidzadə çıxış edib. Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov