Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Teatrın yaradıcı heyəti ilə görüş

 

Böyütmək üçün seçinDekabrın 16-da “Ankara məktəbi” məktəb-liseydə Akademik Milli Dram   Teatrının yaradıcı heyəti ilə görüş keçirilib. Qeyd edək ki,  27 noyabr 2015-ci il tarixində   Akademik Milli Dram   Teatrının səhnəsində   yazıçı Əli Əmirlinin “Şah Qacar” tamaşası nümayiş etdirilib və “Ankara məktəbi” məktəb-liseyin müəllim və şagirdləri də həmin tamaşaya baxıblar.

Tədbirdə yazıçı - dramaturq Əli Əmirli, aktyorlardan Laləzar Mustafayeva, Elşən Rüstəmov, Ayşad Məmmədov, məktəb-liseyin müəllim və  şagirdləri, Təhsil Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev iştirak   ediblər. 

Görüşdə çıxış edən  Əli Əmirli belə tədbirlərin çox əhəmiyyətli olduğunu və şagirdlərin intellektual inkişafına müsbət təsir edəcəyini bildirib.

Sonra liseyin VIII sinif şagirdi  Yasin Quliyevin mövzu ilə  bağlı hazırladığı təqdimat dinlənilib. Şagirdlərdən Fərid Əliyev, Həsən Həsənli,   Şəms Məmmədzadə   tərəfindən göstərilən   səhnəcik daha yaddaqalan olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov