Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Gəncə Dövlət Universitetində konsulluq nümayəndələri ilə görüş

 

Böyütmək üçün seçinGDU-nun Mətbuat xidmətindən bildirilib ki, Türkiyə Respublikasının Gəncədəki Baş konsulunun müavini cənab Əfəndi Dəmir və konsulluğun əməkdaşı Yeganə Fərəcova bu günlərdə  ali təhsil  ocağının qonağı olublar.

Tədbirdə  Əfəndi Dəmir  öncə görüşün təşkili üçün universitet rəhbərliyinə  minnətdarlığını bildirib. Qonaq iki qardaş ölkə arasındakı sıx dostluq münasibətlərindən danışıb, Gəncə şəhərindəki ali məktəblərlə əlaqələrin genişləndirilməsi imkanlarından söz açıb.

Prorektor Pərvin Kərimzadə qonaqları universitetin rektoru, professor Yusif Yusibovun adından salamlayıb və cənab Əfəndi Dəmirə bu vəzifəyə təyin olunması münasibətilə təbrikini  çatdırıb. Prorektor   hər iki qardaş ölkəni bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışıb,  bu münasibətlərin hər sahədə olduğu kimi təhsil sahəsini də əhatə etdiyindən və eyni zamanda universitet tərəfindən atılan addımlardan, görülən işlərdən bəhs edib.  Son dövrlər Qafqaz Universitetlər Birliyi çərçivəsində universitetlərlə yaradılmış əlaqə və “Mövlana” mübadilə proqramında universitetin iştirakı haqqında da  geniş məlumat verilib.

Görüşdən məmnun qalan qonaq bundan sonra da əlaqələri daha da genişləndirmək üçün Gəncə baş konsulluğunun öz köməyini əsirgəməyəcəyini bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov