Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Qəbələdə “Gənclərin məşğulluğunun səmərəli təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda tədbir

 

Rayon təhsil şöbəsindən  daxil olan  məlumata görə,  ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının müəyyənləşdirilməsi, onlara gələcək ixtisas seçimində kömək göstərilməsi məqsədilə keçirilən tədbirdə rayon təhsil şöbəsinin, məşğulluq mərkəzinin nümayəndələri, işəgötürənlər, müəllimlər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov əmək bazarında olan mövcud vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, işaxtaran vətəndaşlara mərkəzdə göstərilən xidmətlər barədə ətraflı məlumat verib, eyni zamanda, gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşə seçiminin mühüm rol oynadığını bildirib. Bu ilin 11 ayı ərzində rayonun 17 tam orta məktəbinin IX-XI sinif şagirdlərindən 1445 nəfərin peşəyönümlü məsləhətlərə cəlb olunduğu qeyd edilib.

Tədbirdə çıxış edən mütəxəssislər gənclərin peşəyə meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyətindən danışıblar. Şagirdlərə peşə və peşəyönümünə dair əyani vəsaitlər paylanılıb və onların sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov