Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Kürdəmirdə Cəmşid Naxçıvanskinin yubileyi qeyd edilib

 

Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, şəhər 6 nömrəli tam orta məktəbdə Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, hərbi hissənin zabitləri, ümumtəhsil məktəblərinin direktorları, hərbi rəhbərlər, müəllim və şagirdlər iştirak ediblər.

Öncə məktəbin foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə müxtəlif dövrlərə aid fotoşəkillər, portretlər, onun hərb sənəti sahəsində işləyib hazırladığı sənədlər, yazdığı məqalələr, təltif olunduğu orden və medalların şəkilləri, yubiley münasibətilə buraxılmış poçt markası, istedadlı hərbi xadimin döyüş yoluna həsr olunmuş kitablar, qəzet və jurnal materialları nümayiş etdirilib.

Sonra çıxış edənlər Cəmşid Naxçıvanski haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin sonunda hərb tariximizə aid videoçarx nümayiş etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov