Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

“Olimpiya hərəkatı” proqramı çərçivəsində rayon birinciliyi

 

Böyütmək üçün seçin“Olimpiya hərəkatı” proqramı çərçivəsində basketbol idman növü üzrə Səbail rayon birinciliyi keçirilib.

“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur.

Yarışlar Bakı şəhərindəki 189-190 nömrəli tam orta məktəbdə keçirilib. Rayon birinciliyində 16 tam orta məktəbin komandasından 14-ü iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksi, II yeri Bakı şəhəri H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey, III yeri isə Bakı şəhəri 91 nömrəli tam orta məktəbin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Qalib və iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov