Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Bakı Dövlət Universitetinin komandası çempion oldu

 

Böyütmək üçün seçinBakı Dövlət Universitetində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Gənclər Debat Forumu 2015: Payız kuboku” layihəsinin mükafatlandırma və bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihədə 500-dən artıq tələbə iştirak edib. Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan, Prezident İlham Əliyevin gənclərin inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən, o cümlədən Bakı Dövlət Universitetində tələbə-gənclər üçün yaradılmış şəraitdən bəhs edib. Ölkəmizdə gənclərlə əlaqədar uğurlu layihələrin olduğunu qeyd edən rektor, onları yaradılan şəraitdən səmərəli istifadə edərək biliklərini artırmağa, dövlətçiliyin inkişafı naminə fəaliyyətə səsləyib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov forum haqqında məlumat verib. O bildirib ki, layihənin məqsədi Prezident İlham Əliyevin sərəncamı əsasında 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi və gənclərin sözügedən mövzuda məlumatlılığını artırmaq, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaqdan ibarətdir.

Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova çıxış ediblər.

BDU-nun Debat klubunun sədri Orxan Ağayev və Hakimlər komitəsinin sədri, BDU-nun hüquq fakültəsinin tələbəsi Kərim Kərimov isə klubun son illərdə qazandığı uğurlardan və kubok uğrunda keçən yarışlarda ədalətlilik prinsipləri barədə məlumat veriblər.

Forumun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra yekun mərhələnin nəticələrinə əsasən respublikanın ən yaxşı natiqləri seçilmiş gənclərə sertifikatlar təqdim edilib. Hakimlər heyətinin qərarı ilə forumun qalibi BDU-nun “Qeyri-şərtsiz” komandası olub. Qalib komanda “Payız Kuboku”nu əldə etməklə respublika çempionu adını qazanıb. Sonda qaliblərə mükafatlar təqdim edilib. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov