Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

SDU-da “Sumqayıt yeni inkişaf mərhələsində” mövzusunda tədbir

 

Böyütmək üçün seçin Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində  “Sumqayıt yeni inkişaf mərhələsində” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirdi ki, Azərbaycan sosial - iqtisadi baxımdan qüdrətlənməsilə  dünya birliyində layiqli yer tutur və həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın bütün istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır.

Rektor qeyd etdi ki, bu yüksəliş doğma Sumqayıtımızın da timsalında aydın görünür. Son illər Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu əyani təsdiq edir. Hələ sovet illərində Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurla icrası, üçüncü Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərinin taleyində yeni bir cığır açdı. Sumqayıt Texnologiyalar Parkının,  Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.

SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov “Sumqayıt yeni inkişaf mərhələsində” məruzəsində bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaranmış siyasi və makroiqtisadi sabitlik, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi sayəsində güclü inkişafa nail olmuşdur.

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, professor Nadir Kazımov, Qaçqınların və köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər şöbəsinin müdiri Sevindik Hüseynov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, universitetin YAP Gənclər Təşkilatının sədri Səma Əsədova məruzə ətrafında çıxış edərək gənclər şəhəri olan Sumqayıtın tarixindən, mədəniyyətindən, təhsilindən bəhs etdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov