Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Qazaxda yubiley tədbiri

 

Qazaxda  xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illik yubileyi qeyd edilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialından daxil olan  məlumatda bildirilir ki, Ədəbiyyat Muzeyində keçirilən tədbirdə əvvəlcə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubiley tədbirini açaraq qeyd edib ki, xalq yazıçısı Yusif Səmədoğlu həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyini nümayiş etdirib. Y.Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri çox böyükdür.

Gənc şair Taleh Mansur çıxışında bildirib ki, Y.Səmədoğlu yaradıcılığında Vətən sevgisi güclü olub və onun əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktualdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının tələbələri Şəfəq Məmmədova və Kübra Əhmədli Y.Səmədoğlunun yaradıcılığından danışıblar.

Tədbirdə Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında xalq yazıçısının səhnələşdirilmiş əsərindən bir parça təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov