Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Tərtərdə məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

 

Böyütmək üçün seçinTərtər şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası davam edir.

Təhsil şöbəsindən məlumat verilir  ki, Heydər Əliyev Mərkəzinin növbəti qonaqları şəhər 1, 2, 5 və 6 nömrəli məktəblərin şagirdləri olub. Şagirdlər Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova ümummilli liderin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında ətraflı məlumat verib. Məktəblilər burada həmçinin ulu öndərə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

2015-ci ilin əvvəlindən 60-dan çox idarə, müəssisə və ümumtəhsil məktəbindən ümumilikdə 1800 nəfər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov