Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Səməd bəy Mehmandarovun yubileyi qeyd olunub

 

Böyütmək üçün seçinDekabrın 19-da Bakıdakı 229 nömrəli tam orta məktəbdə general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Bağırova  generalın Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri kimi gördüyü işlərdən danışıb, onun xalqımızın hərb tarixində  tutduğu yerdən, sərkərdəlik məharətindən söhbət açıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin general S.Mehmandarovun 160 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam tarixi keçmişimizin öyrənilməsində mühüm rol oynayır.

Tədbirdə çıxış edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov görkəmli hərbiçi general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin təhsil ocağında  belə yüksək səviyyədə keçirilməsində  əməyi olan məktəbin direktoru Fəridə Bağırovaya, tarix müəlimləri Nərgiz Məmmədovaya, İlqar Əliyevə və məktəbin musiqi müəllimi Xədicə Məmmədovaya təşəkkürünü bildirib. Səməd bəy Mehmandarovu dövrün ən görkəmli simalarından biri olduğunu diqqətə çatdıran H.Əsgərov bildirib ki,  general Azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz səhifələr yazıb.

Tədbirdə Səməd bəy Mehmandarovun həyat yolu haqqında maraqlı süjetlər, filmlərdən epizodlar nümayiş olunub. 

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov