Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü

 

Böyütmək üçün seçinTofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” gününün keçirilməsində məqsəd uşaq və gənclərdə təsviri sənətə maraq  oyatmaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır.

Ziyarətçilər Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim-Azərbaycan inciləri”, “Milli irsimiz - dekoratov tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib.

“Açıq qapı” günündə dərnək rəhbərləri sərgi iştirakçıları ilə birlikdə rəsmlər çəkib, kağız, gil və plastilinlə müxtəlif mövzularda ustad dərsləri keçiblər. Qonaqlar ebru sənətinin sirləri ilə tanış olub, rəqəmsal təsvir dərnəyində sadə animasiyalar hazırlayıblar.

Qeyd edək ki, Təsviri Sənət Qalereyası digər ölkələrin müvafiq qalereyaları ilə əməkdaşlığı genişləndirməyi, müxtəlif innovativ layihələr, Azərbaycan və xarici ölkələrin tanınmış rəssamları ilə ustad dərsləri təşkil etməyi planlaşdırır. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov