Bakı İdarəetmə və Texnologiya Kollecində yeni dərs ili  ilə əlaqədar ilk və genişləndirilmiş pedaqoji şura iclası  keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı ötən tədris ilinin yekunu, kollecdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, tələbələrin yaxşı oxumaları və müəllimlərin yaxşı işləmələri üçün  tədris ocağında bütün otaqlar tam təmir olunub. Bir sözlə, pedaqoji kollektivə rahat iş şəraiti  yaradılıb.

 

Tədbirdə  təhsil  ekspertlərindən Etibar Əliyev, Nadir İsrafilov  və başqaları  pedaqoji şura iclasında iştirak etmələrindən məmnun olduqlarını bildirib və kollecin son vaxtlarda qazandıqları  uğurlarından  söz açıblar.

 

Sonda   70 yaşı  tamam olub,  pensiyaya çıxan kollecin  2 müəlliminə və pedaqoji  fəaliyyətində   fərqlənən bir  qrup müəllimə fəxri fərmanlar təqdim olunub.

 

Şakir CƏFƏROV