Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyədən olan beynəlxalq ekspert Işıl Keskin Şahan bu ali təhsil müəssisəsinin magistrantları üçün “Dönüşüme liderlik etmek” mövzusunda ustad dərsi keçib.

 

Dərs zamanı ümumi problemi görə bilmək, öhdəliklər almaq, öyrənilən bilik və bacarıqları tətbiq etmək, məqsədə çatmaq üçün hədəf və planları təyin etmək, vaxt bölgüsü kimi motivasiya və liderlik mövzularına toxunulub.

 

Magistrantlar tərəfindən maraqla qarşılanan ustad dərsində onları maraqlandıran suallar cavablandırlıb, fikir mübadiləsi aparılıb.