Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

 

Müsabiqədə MDU-nun 3 tələbəsənin layihəsi qalib olub.

 

“Azərbaycan müəllimi” MDU-ya istinadən qalib olan tələbələri və layihələri təqdim edir:

 

1. Rəsulova Nurlanə Laçın qızı,  “Tarix müəllimliyi” ixtisasının I kurs tələbəsi

Mövzu: “Bacarıqlı əllər”

2. Adıgözəlzadə Səkinə Pərviz qızı, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs tələbəsi

Mövzu: "Güclü Qadın"

3. Qaffarov Hikmət Taleh oğlu, “Tarix müəllimliyi” ixtisasının IV kurs tələbəsi

Mövzu: “TəhlükəSİZ”

 

Universitet tələbələrinin qalib layihələri ümumilikdə 8700 manat məbləğində qrant qazanıb.

.