Şuşa rayon 9 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar.

        

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məktəblilər ilk olaraq muzeyin tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələrini gəzərək müxtəlif eksponatlar, fotoşəkillər, rəsm əsərləri ilə tanış olublar.

        

Sonra xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitabları haqqında məktəblilərə ətraflı məlumat verilib.

 

Şakir CƏFƏROV