Qubadlı rayonu F.Qasımov adına Mahmudlu kənd tam orta məktəbin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Faiq Qasımovun anadan olmasının 50 illiyinə həsr edilmiş tədbir keçirilib.

        

Əvvəlcə Vətən müharibəsində tarixi zəfərimizə, qəhrəman şəhidlərimizə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edənlər şəhidin həyatından, Vətən müharibəsində göstərdiyi misilsiz şücaətindən bəhs ediblər. Şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

        

Daha sonra tədbir iştirakçıları şəhid polkovnik-leytenant Faiq Qasımovun məzarını ziyarət ediblər.

 

Şakir CƏFƏROV