ADPU-nun Şəki filialının tələbələri sərgidə iştirak ediblər


Şəkidə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Yaradıcı Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənc sənətkarların əl işi”  adlı sərgi təşkil edilib.

 

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə müxtəlif ixtisaslarda təhsil alan 16 tələbənin fərqli texnologiyalarla hazırladığı  52  əl işi  nümayiş etdirilib. Filial tələbələrinin kağız, karton, şüşə, taxta, muncuq, rəngli saplar və s. kimi materiallardan hazırladıqları əl işləri sərgiyə baxanlar tərəfindən maraqla qarşılanıb.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, sərgidən həm də satış yarmarkası kimi faydalanmaq mümkün olub.