Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasında təhsil alan sonuncu tədris ilinin tələbələri üçün “Karyera planlaması”, “CV və rezümenin yazılması” və “İş müsahibəsinə hazırlıq” mövzularını əhatə edən təlim proqramı təşkil olunub.

 

Təlimlər filialın Tələbə, məzun və karyera şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı, karyera məsləhətçisi Eyvaz Xeyrullayev tərəfindən keçirilən təlimlər çərçivəsində gənclər, fərdi və komanda tapşırıqları da icra edib.

 

Təlimlərdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

 

Bu barədə ADPU-dan bildirilib.