Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun məqaləsi Avropa Birliyi ölkələrində “İlin ən çox oxunan 25 məqaləsi” siyahısına düşüb.

 

ADPU-dan bildirilib ki, Sərxan Cəfərov və Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin 2023-cü ildə Xorvatiyanın yüksək impakt faktorlu, beynəlxalq indeksli “International Journal of Innovation and Economic Development” jurnalında nəşr olunmuş “Еconomic-Geographical Model of Sustainable Development in Manufacturing and Education” (https://researchleap.com/wp-content/uploads/2023/06/04_Еconomic-Geographical-Model-of-Sustainable-Development-in-Manufacturing-and-Education.pdf) adlı birgə elmi məqalələri 2024-cü ildə ResearchLeap – Beynəlxalq Elmi-Tədqiqat Araşdırma Platforması tərəfindən aparılan qiymətləndirmədə 2023-cü il üzrə Avropa Birliyi ölkələrində ilin ən çox oxunan 25 məqaləsi siyahısına düşüb.

 

Məlumat üçün qeyd edək ki, bu məqalə Azərbaycan təhsilində sinergetik,  inteqrativ istiqamət baxımından  da yeni yanaşmalardan biridir.

 

Nəticələr göstərir ki, Azərbaycan alimlərinin tədqiqatları artıq Avropa alimlərinin də diqqətini cəlb edir.