Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün vakansiyada müəyyən olunan tələblərə uyğun gəlməyən şəxslər tərəfindən edilib. Vakansiya üzrə tələb olunan sənədləri düzgün təqdim etməyən şəxslərə bu barədə müvafiq sorğular göndərilib.

 

Proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulunun mart ayının 15-dək aparılacağını nəzərə alaraq, tələblərə uyğun  namizədlərin müraciət etmələri xahiş olunur. Bu zaman sənədlərin tam və tələb olunan formada təqdim edilməsinə diqqət verilməlidir.  

Nəzərə çatdırılıb ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün sənədləri müəyyən olunan formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaqdır.

 

Elanla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://shorturl.at/dfoMY