Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev NDU və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azercell və Global Olympiad Center-in dəstəyi ilə keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda yüksək nəticə göstərən universitet tələbələri ilə görüşüb.

 

Rektor qazandıqları uğura görə tələbələrə Təşəkkürnamə, mentor müəllimlərə isə pul mükafatı təqdim edib.

 

Xatırladaq ki, Dünya Robot festivalının Avrasiya Çempionatının ikinci günündə mükafatlandırılan 163 komandadan 6-sı müxtəlif layihələr üzrə qalib gələn NDU komandaları olub.

 

Məlumat üçün onu da bildirək ki, 18 ölkənin iştirakı ilə Antalyada keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak haqqı qazanacaqlar.