Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dövlət Miqrasiya Xidməti işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

 

Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin (RMİ) təşəbbüsü, ADPU-nun Şəki filialının təşkilatçılığı ilə keçirilən tədbirdə filialın direktoru vəzifəsini icra edən dosent Nurəli Çələbiyev qurumun dövlətimizin təhlükəsizliyindəki rolundan bəhs edib.

 

Tədbirdə Şəki RMİ-nin rəisi Rəşad Bağırov rəhbəri olduğu qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra Şəki RMİ-inin bölmə rəisi Şahsuvar Məmmədəliyevin “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyat qaydaları və qanunsuz miqrasiya hallarına qarşı mübarizə tədbirləri”, baş inspektor Gülüstan Məmmədovanın “Əcnəbilərə ölkə ərazisində olma müddəti üçün icazə  vərəqələrinin verilmə qaydaları” və baş inspektor İradə Hacınəbiyevanın “Dövlət Miqrasiya Xidmətinin gənclərlə iş prinsipləri” mövzularında çıxışları dinlənilib, tələbə və müəllimlərin sualları cavablandırılıb.

 

Tədbirin sonunda dosent N.Çələbiyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarını peşə bayramları və Novruz bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.