Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən region kolleclərində keçirilən monitorinqlər davam edir. 
 
 
Martın 27-də agentliyin Orta ixtisas təhsil müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə monitorinq keçiriblər.
 
 
Monitorinq zamanı EATDA-nın nümayəndələri tələbələrlə görüşüb və kollecin maddi-texniki bazası ilə tanış olublar. Həmçinin müəssisədə tədrisin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkili yoxlanılıb.
 
 
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.