Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə təhsil müəssisəsinin rəhbərliyi və bir qrup müəllim heyəti, Qarabağ müharibəsi veteranları olan kollec əməkdaşları iştirak ediblər.

 

Kollecin direktoru Natiq Cavadov bildirib ki, tədbirin keçirilməsində məqsəd fövqəladə hallarla bağlı davranış qaydalarında müəllim heyətinin biliklərinin genişləndirilməsidir.

 

Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev təhsilalanlar və təhsilverənlər üçün Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

    

Tədbirdə, həmçinin yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, meşədə yanğın təhlükəsizliyi, odsöndürücü balondan istifadə qaydaları haqqında söhbətlər aparılıb, çoxsaylı statistik materiallar əsasında məsələnin ciddiliyi qeyd edilib.

 

Sonda  iştirakçılara maarifləndirmə vəsaitləri təqdim edilib.

                                                                   ...

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki Bərdə şəhəri E.Kərimov adına 4 nömrəli tam orta məktəbdə “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri”,  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki  Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə "Fövqəladə hallar zamanı davranış qaydaları", Bərdə Peşə Liseyində və 2 nömrəli Füzuli Peşə Məktəbində də mövzuya dair maarifləndirici tədbirlər keçirilib.

 

Tədbirlərdə videoçarxlar izlənilib, suallar cavablandırılıb.