Honqkonqda 3x3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin yarımfinal oyunları keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 3x3 qadın millimiz ilk yarımfinal oyununda Macarıstan seçməsinə 21-19 hesabı ilə qalib gələrək, adını finala yazdırıb. 
 
Əlavə vaxta gedən final oyununda Polşa millisinə 18-17 hesabı ilə qalib gələn millimiz “Paris-2024” Olimpiadasına vəsiqə qazanıb.
 
Qeyd edək ki, bu, Azərbaycanın komanda idman növləri tarixində bir ilkdir.