Almaniyanın Mərkəzi Qiymətləndirmə və Akkreditasiya Agentliyinin (ZEvA) təşkilati dəstəyi ilə Almaniyanın Hannover şəhərində keçirilən Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) Baş Assambleyasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, İdarə heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev iştirak ediblər.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, ENQA Üzvlərinin Forumu 2024 keyfiyyət təminatı agentlikləri və təsisatları arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsində  mühüm tədbirlərdən biridir.

 

Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr də daxil olmaqla, bir neçə mühüm plenar sessiyaslar keçirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.