Bakı Ali Neft Məktəbində (BANM) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb. 

 

Bu barədə “Azərbaycan müəllimi” nə BANM-dan məlumat verilib.

 

Bildirilib ki, bu tədris ilindən hər ixtisas üzrə 50 nəfərin qəbulu planlaşdırılıb.

 

Qeyd edək ki, BANM-da Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı, maliyyə, menecment və layihələrin idarə olunması) ixtisasları üzrə tədris həyata keçirilir.

 

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 manat məbləğindədir.