· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

· Arxiv

 

   

Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar geniş tədbirlər həyata keçirəcək

 

Təhsil Nazirliyi ilə birlikdə orta məktəb şagirdləri arasında keçirilən "Heydər Əliyev olimpiadası"na aprelin sonunda yekun vurulacaq

 

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar geniş tədbirlər planı hazırlamışdır.

Partiyanın mətbuat xidmətindən bildirmişlər ki, plana əsasən yubiley münasibətilə YAP Heydər Əliyev Fondu ilə birlikdə "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Konfransla bağlı artıq müəyyən hazırlıq işləri görülmüş, proqram-konsepsiya hazırlanmışdır.

Ulu öndər Heydər Əliyevin yubileyinin layiqincə qeyd edilməsi üçün YAP və Heydər Əliyev Fondunun daha bir layihəsi həyata keçirilir. ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev" multimedia CD diski hazırlanır və yubiley ərəfəsində işıq üzü görəcəkdir.

Partiyanın yubiley tədbirləri sırasında Təhsil Nazirliyi ilə birlikdə təşkil edilən "Heydər Əliyev olimpiadası" önəmli yer tutur. Aprelin sonunda olimpiadaya yekun vurulması və qaliblərin mükafatlandırılması mərasiminin keçirilməsi planlaşdırılır. Bundan əlavə, yubiley münasibətilə ümummilli liderin irsinin öyrənilməsi və təbliğinə yönəlmiş "Heydər Əliyev və Azərbaycan" mövzusunda elmi konfrans təşkil ediləcək və həmin konfransın materialları əsasında eyni adla kitab çap olunacaqdır.

Yeni Azərbaycan Partiyasının Mətbuat Şurası ilə birgə keçirəcəyi "Heydər Əliyev və Azərbaycan mətbuatı" adlı konfrans isə ulu öndərin Azərbaycan mətbuatının inkişafı sahəsində müstəsna xidmətlərinə həsr olunacaqdır.

Yubiley tədbirləri ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə "Heydər Əliyev irsini öyrənirik!" devizi altında YAP fəallarının iştirakı ilə bölgələrdə keçirilən konfranslarla davam etdiriləcəkdir.

ümummilli liderin yubileyinin layiqincə qeyd edilməsində YAP gəncləri də yaxından iştirak edəcəklər. Yubiley tədbirlərinə qoşulan partiyanın gəncləri arasında futbol turnirinə apreldə start veriləcək və mayın 8-də Bakıda final yarışında turnirin qalibi müəyyənləşəcəkdir.

Yubiley ilə əlaqədar partiyanın digər tədbirlərinin də keçirilməsi nəzərdə tutulur.

YAP-ın hər bir üzvünün Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinin keçirilməsində yaxından iştirak etmək arzusunda olduğu və bu istəyin partiyanın yubiley tədbirlərinə həm kütləvi xarakter, həm də xüsusi əzəmət verəcəyi bildirilir.

AzərTAc