· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İnternet müasir valideynin ən yaxşı köməkçisidir

Bizim valideynlərə verdiyimiz məsləhətlərin əsas məğzi uşaqların şəbəkədə necə təhlükəsiz işləməsini təşkil etməyin yolları barədədir. Biz İnternetin əsas qadağan olunmuş qaydalarını yorulmadan təkrarlayırıq: məlum olmayan göndərilənləri açmayın, özbaşına şübhəli saytlarda gəzişməyin,  öz şəxsi məlumatlarınızı çat sahiblərinə verməyin və öz parolunuzdan başqaları istifadə etməsin. İnanırıq ki, bu tövsiyələri və qaydaları  nəinki valideynlər özləri, hətta onların uşaqları belə çoxdan mənimsəyiblər.

 

Aydındır ki, öz uşaqlarının qayğısına daha çox qalan valideynlər özlərini yaddan çıxarırlar. Qurtarmaq bilməyən məktəb-dərs-gündəlik-dərnək  problemləri valideynlərin başını elə qatır ki, özünə  diqqət göstərməyə, öz maraqlarını təmin etməyə onların vaxtı belə qalmır.

Hər bir İnternet həvəskarı iki dəqiqə və ya iki saat vaxt tapıb dünyanın bütün əsrarəngiz gözəlliklərini seyr edə bilər. Onlar öz sevimli səhifələrində zənzibor milçəklərindən tutmuş ən ətirli, aramatlı təbiət gözəlliklərini tapır, oraya səyahət edir və zövq alırlar.

Tərbiyə işində təcrübəsi az olan minlərlə gənc ata və ana onları narahat edən suallara və problemlərə cavab tapmaq üçün vaxtlarının çoxunu metroların qarşısında keçirirlər. Digər cəhətdən, artıq tərbiyə sahəsində böyük təcrübəyə malik olan valideynlər öz təəssüratlarını bu sahə ilə tanışlığa başlayan valideynlərlə bölüşmək istəyirlər. Bu cür fəalların təşəbbüsü ilə ixtisaslaşdırılmış forumlar yaradılır. Burada 1 aylıq hamiləlikdən tutmuş, 45 yaşlı oğlanı necə evləndirməyə qədər hər şeyi müzakirə etmək olar. Bu, əlbəttə, həvəskarlar səviyyəsində həyata keçirilir. Bir nəfər forum iştirakçısının səhv addımı onlarca forum iştirakçısını səhv addım atmağa vadar edə bilər. Belə hallarda diqqətli olmaq və verilən məlumatı mütləq yoxlamaq lazımdır.

Bunun üçün mütəxəssislərin təşkil etdiyi forumlarda iştirak etmək məsləhətdir. Siz burada ailənizə, uşağınıza xeyir verəcək dəqiq informasiya və məsləhətləri əldə edə, dinləyə bilərsiniz. öz işini sevən elə mütəxəssislər də var ki, onlar sürətli informasiya mübadiləsinin köməyi ilə də məsləhətləşmə apara bilərlər.

Yaddan çıxarmayın ki, şəbəkədə bu barədə xüsusi ədəbiyyatı asanlıqla tapa bilərsiniz. çoxlu sayda virtual kitabxanalar günün istənilən saatında sizə xidmət etməyə hazırdır. Təcrübəyə əsasən deyə bilərik ki, bütün kitabları elektron formada, bəzən hətta audio kitab kimi də axtarıb tapmaq olar.

Runet zonasında çoxdandır ki, ailəyə, uşaqlara, təhsil və tərbiyəyə həsr olunmuş dəyərli informasiya portalları fəaliyyət göstərir. Burada ayrı-ayrı mövzulara həsr olunmuş çoxlu sayda materiallar var. Oğlunuzun sevimli əyləncəsini, kiçikyaşlı uşaqların söylədikləri maraqlı  söhbətləri, gənclərin daha çox oxuduqları əsərləri, təhsilə aid oyunları da siz burada tapa bilərsiniz. Bu cür portallar həm uşaqların, həm də valideynlərin qarşısında geniş imkanlar açır.

Məktəblərin çoxu proqressiv yol seçərək İnternetdə özlərinin veb-saytını açıblar. Burada yerləşdirilən materialların sayı və keyfiyyəti təkcə informatika müəllimindən deyil, həm də veb-saytın yaranmasında və materialla təmin olunmasında iştirak edən uşaqlardan da çox asılıdır. Bu işdə valideynlər də kənarda qalmayacaq. Bir çox saytlarda məktəb, məktəbin qarşısında duran məqsəd və vəzifələr barədə tam məlumat almaq olar. Bunun üçün pedaqoji heyətin gözü ilə, tədris ocağının arxitekturasına, siniflərin interyerinə və sair baxmaq kifayətdir. Bundan əlavə, bir çox müəllimlər məktəbdə və kənarda  baş verən hadisələri əhatə edən İnternet jurnalları tərtib edir ki, valideynlər bu jurnlallara baxıb öz övladlarının bütün müvəffəqiyyətləri və qələbələri ilə tanış ola bilərlər. Direktor müavinləri həftənin dördüncü günləri məktəbdə və məktəbdən kənarda keçirilən ən maraqlı tədbirlər barədə məlumatı saytda yerləşdirir. Uşaqlar da arzu etdikləri ekskursiya və digər tədbirlər barədə məlumatı burada yerləşdirə bilər. Bunlardan əlavə, nümunəvi saytlarda "forum" bölməsi var və burada müəllimlərlə, valideynlərlə, uşaqlarla danışmaq, əlaqə saxlamaq təklif olunur. Virtual şəraitdə bir çox barışmaz rəqiblər bir-birləri ilə ümumi dil tapır, dostluq əlaqələri yaradır və xoş münasibət qururlar. ümumiyyətlə, belə səhifələrə daxil olmaq maraqlı və xeyirli məşğuliyyətdir.

Əgər siz Şərq tərbiyə sisteminin tərəfdarısınızsa və yaxud əksinə, Qərb tərbiyə sisteminə üstünlük verirsinizsə, asanlıqla ümumdünya İnternet sistemi vasitəsilə o ölkəyə səyahət edə və oradakıları öyrənə bilərsiniz. Bu sahədə istədiyiniz qədər informasiya var.  Sizə isə ancaq dil vərdişlərinə yiyələnmək və lüğətlərin köməyi ilə lazım olan materialı tərcümə etmək qalır. Burada İnternetin simasında sizin yaxşı köməkçiniz var. Birincisi, saytların çoxu bir neçə dildə verilir. İkincisi, onlayn lüğətləri və proqramları - tərcüməçiləri həmişə sizin qulluğunuzdadır. Ancaq burada bir məsələni diqqətdə saxlamaq lazımdır. Hər halda kompüter tərcüməsi elə bir proqramdır ki, o, tərcüməni incəliklərinə qədər dəqiqliklə edə bilməz. Buna görə proqramdan ağılla istifadə edin.

 

www.content-filterinq.ru saytının materialları

əsasında hazırlanıb