· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Ulu öndərə həsr edilmiş şahmat turniri

T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş respublika şahmat turnirinin mükafatlandırma mərasimi keçirilmişdir. 700-dən artıq məktəblinin iştirak etdiyi turnir 4 mərhələdə təşkil olunmuşdu.

 

Təhsil Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə təşkil etdikləri şahmat yarışı 5 yaş qrupunu əhatə etmişdir.

Mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, YAP-ın icraçı katibi, millət vəkili Əli Əhmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər iştirak edirdi.

Tədbiri açıq elan edən nazir müavini Elmar Qasımov ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş şahmat turnirinin əhəmiyyətindən danışdı. Ulu öndərin bütün sahələrə, o cümlədən təhsilə, idmana göstərdiyi qayğını önə çəkən nazir müavini qeyd etdi ki, gələcəkdə bu şahmatçıların arasından da Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi dünya miqyaslı idmançılar yetişəcək və ölkənin adını yüksəklərə qaldıracaqlar. Gənclərin intellekt səviyyəsinin artırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirildiyini bildirən Elmar müəllim ulu öndərin yubileyinə həsr edilmiş həmin turnirin də məktəblilərin yaddaşında qalacağını vurğuladı, şagirdlərin Azərbaycanın layiqli vətəndaşları kimi yetişəcəklərinə əminliyini bildirdi. Sonra YAP-ın icraçı katibi Əli Əhmədov və digər qonaqlar çıxış edərək ölkəmizdə şahmatın inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan danışdılar.

Sonda oğlanlar və qızlar arasında keçirilən respublika şahmat turnirinin 30 qalibinə diplom, kubok və qiymətli hədiyyələr təqdim edildi.

Fazil İDRİSOĞLU,

foto müəllifindir