· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Sonra məktəbin açılışı oldu. Prezident İlham Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxdı.

Təhsil naziri Misir Mərdanov dövlət başçısına məktəbdə tədris üçün yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq tikilib istifadəyə verilmişdir. 840 şagird yerlik məktəb müasir tədris avadanlığı, kompüterlərlə təchiz olunmuşdur. Kompüterlər İnternet şəbəkəsinə qoşulmuşdur.

Prezident İlham Əliyev müasir tipli tədris laboratoriyaları, kompüter mərkəzinə baxdı, ingilis dili kabineti və ən müasir ədəbiyyatla təmin edilmiş kitabxana ilə tanış oldu.

İnformatika, xarici dil və riyaziyyat fənləri üzrə ixtisaslaşdırılmış məktəb IX-XI sinif şagirdlərinin təhsil almaları üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu. Burada şagirdlərin fiziki hazırlığı üçün bütün şərait yaradılmışdır.

Dövlət başçısı akademik Zərifə xanım Əliyevanın xatirə otağına da baxdı. Burada görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanmışdır.

Prezident İlham Əliyev məktəbin açıq idman meydançası ilə də tanış oldu.

AzərTAc

 

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 40 illiyi münasibətilə, təhsil və mədəniyyət sahələrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

Bektaşi Məmməd Heydər oğlu

Əliyeva Gültac Bədəl qızı

Hüseynova Aygün Nadirşah qızı

Məmmədov Nüsrəddin Zöhrab oğlu

Tağıyev Mirzalı Zeynalabdin oğlu

Tağıyeva Səkinə Şaban qızı

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi"

Əhmədova Gülxarə Mənaf qızı

Hüseynov Rövşən Qurbanəli oğlu

Xudaverdiyev Rəşadət Cabbar oğlu

Mehbalıyev Nəsrəddin Firudin oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2008-ci il.