· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

ümumtəhsil məktəblərinin hazırlıq sinifləri üçün tədris planının təsdiqi barədə

1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin, həmçinin azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq siniflərinin 2008-2009-cu dərs ili üçün tədris planı və ona dair qeydlər təsdiq edilsin.

2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) tədris planının yerlərə çatdırılmasını və tətbiqinə nəzarəti təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərs olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

31 iyul 2008-ci il

 

 

 

  

 

 Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin hazırlıq sinifləri üçün 2008-2009-cu dərs ilinə aid tədris planı

(təlim Azərbaycan, rus və gürcü dillərində)

 

 

 

   

 Qeydlər:

1. Məşğələlər sentyabrın 15-də başlayır və mayın 31-də qurtarır. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 29 dekabr, ikinci yarımil - 06 yanvar - 31 may. Dərs ili müddətində aşağıdakı tətillər keçirilir: payız tətili - 6 gün - noyabrın 12-dən noyabrın 17-dək;  qış tətili 7 gün - dekabrın 30-dan yanvarın 05-dək; ikinci (əlavə) qış tətili 6 gün - fevralın 12-dən 17-dək; yaz tətili - 8 gün - martın 16-dan 23-dək.

2. Məşğələnin davamiyyət müddəti 45 dəqiqədir. Lakin bu, hər bir məşğələ arasında 5 dəqiqəlik tənəffüs olan 20 dəqiqəlik iki dövrdən ibarətdir. üçüncü məşğələdən sonra dinamik məşğələ təşkil edilir (açıq havada oyunlar, ritmika və  fiziki tərbiyə ilə məşğul olmaq, ətraf aləmlə tanışlıq zamanı gəzintilər və ekskursiyalar), dördüncü məşğələ yüngülləşdirilmiş qaydada aparılır (rəsm, yapma və s.). Evə tapşırıq verilmir.

3. Uşaq bağçalarına getməyən, cari ilin sentyabrında 5 yaşı tamam olacaq sağlam uşaqlar hazırlıq siniflərinə qəbul olunurlar. Xroniki tonzillit xəstəliyi və psixinevroloji dəyişikliyi olan 5 yaşlı uşaqlar hazırlıq siniflərinə qəbul edilmirlər.

4. Hazırlıq siniflərində uşaqların sayı 25-dən artıq olmamalıdır.

5. Müəllim tədris-tərbiyə işlərinin uçotunu sinif jurnalında aparır, orada məşğələlərin mövzusunu və davamiyyəti qeyd edir. Bal sistemi ilə qiymətləndirməyə icazə verilmir. Rəğbətləndirmənin şifahi forması tətbiq edilir və öyrənilən materialın mənimsənilməsindəki çatışmazlıqlar göstərilir.

Pedaqoji kadr olmadıqda xarici dilə ayrılan vaxtın 1 saatı ana dilinin, 1 saatı isə riyaziyyatın öyrənilməsinə verilir.

6. Hazırlıq siniflərində məşğələlərin aparılması ibtidai sinif müəllimlərinə tapşırılır.